Accessibility links

Seçki gününə xüsusi təhlükə aşkar edilməyib - 2004-10-31


Birləşmiş Ştatlar rəsmilərinin bildirdiyinə görə, əl-Qaida şəbəkəsinin lideri Usama bin Ladenin televiziya ilə yayınlanmış müraciətinə baxmayaraq, Amerikalılar Çərşənbə Axşamı keçiriləcək seçkilərdə spesifik bir təhlükə ilə üzləşmirlər. Prezident Buşun daxili təhlükəsizlik xidmətinin rəhbəri Birləşmiş Ştatlarda terror təhlükəsi səviyyəsinin qaldırılmasına ehtiyac görmür. Qeyd edək ki, 2001-ci il Sentyabrın 11-i hadisələrindən sonra Amerika hökuməti terror təhlükəsini əks etdirən 5 rəngli şkaladan istifadə edir. Hazırda qüvvədə olan sarı rəng terror təhlükəsinin orta səviyyədə olduğunu göstərir.

XS
SM
MD
LG