Accessibility links

Gürcüstan-NATO əlaqələri genişlənir - 2004-11-04


NATO-nun baş katibi Jaap De Hup Şeffer Gürcüstan prezidenti Mixail Saakaşvili və digər rəsmi şəxslərlə danışıqlar məqsədi ilə hazırda Gürcüstandadır. Cənab Şeffer Gürcüstanın baş nazir Zurab Jvaniya və müdafiə naziri Georgi Baramidze ilə də görüşüb. NATO-nun baş katibi deyib ki, Gürcüstan alyansa qəbul edilməsi üçün uzun yol keçməlidir. Tbilisidə keçirilən mətbuat konfransında cənab Şeffer Gürcüstanın Trans-Atlantik blokuna üzv olmaq üçün lazımi addımlar atacağından əmin olduğunu deyib. Sabah NATO-nun baş katibi Azərbaycan və Ermənistanda olacaq.

XS
SM
MD
LG