Accessibility links

ABŞ prezidenti qələbəsindən sonra ilk mətbuat konfransı keçirdi - 2004-11-04


Prezident Buş Amerika müttəfiqləri və hər iki partiyaya mənsub olan amerikalıları terrorçuluğa qarşı mübarizədə birliyə səsləmişdir. Çərşənbə axşamı yenidən prezident seçildikdən sonra ilk dəfə keçirdiyi mətbuat konfransında cənab Buş deyib ki, hər bir amerikalının və sivil ölkələrin bu mübarizədə marağı olmalıdır. Prezident demokratiyanın və azadlığın diktaturaya və terrora alternativ kimi təqdim edilməsi ümidi ilə Avropa Birliyi və NATO-ya müraciət edəcəyini bəyan edib. Gözlənilir ki, Cənab Buş öz kabinetində dəyişikliklər aparacaq, amma hələlik o, bu haqda qərar qəbul etməyib.

XS
SM
MD
LG