Accessibility links

ABŞ prezidenti kadr dəyişikliyi edəcək - 2004-11-05


Prezident Buş kabineti və Ağ Ev işçiləri arasında dəyişiklik ediləcəyini bildirib. Həftə sonunu Meriland ştatındakı Kemp Deyvid istirahət evində keçirməyi planlaşdıran prezident kimin vəzifədən kənarlaşdırılacağı barədə məlumat verməyib. Amerika mətbuatının yazdığına görə, gələn il baş prokuror Con Aşkraft və dövlət katibi Kolin Pauell əvəz edilə bilər. Dünən prezident Buş vergi və sosial təminat, habelə təhsil proqramlarında islahatlar aparılacağını elan etmişdi.

XS
SM
MD
LG