Accessibility links

Demokratlar respublikaçıların gündəliyinə uyğunlaşmağa çalışacaq - 2004-11-05


Prezident Buşun qələbəsindən sonra demokratlar görünür, respublikaçıların 109-cu konqresin yanvar ayında çağıracaqları yığıncaqıının gündəliyinə uyğunlaşmağa çalışacaqlar. Konqresin iki ildən sonra keçiriləcək seçkilərinədək azlıq təşkil edən demokratlar hazırkı seçkilərdən sonrakı zəifliklərini nəzərdən keçirməli olacaqlar. Fəal səsvermə və yeni qeydiyyatdan keçmiş gənc seçicilərin senator Kerri və demokrat namizədləri dəstəkləməsinə baxmayaraq, bu, dini və mühafizəkar siyasi təmələ malik olan prezident Buşu Ağ Evdən, respublikaçıların əksəriyyətini isə konqresdən kənar saxlaya bilmədi. 2002-ci il konqres seçkilərindən sonra demokratlar senatdakı əksəriyyətini itirməli olmuşdu. İndi də demokratlar fəaliyyətlərinin özünütənqidi təhlili ilə bir daha üzləşməli oldular. Konqresmen Albert Vinnin fikrincə demokratlar seçicilərlərin onlara verdiyi dəstəyi nəzərdən keçirməli, lakin partiyanın məsələlərə münasibətlərində hansı dəyişiklik aparması ilə bağlı nəticə çıxarmalarında ehtiyatlı olmalıdırlar. Konqresin zənci fraksiyasına başçılıq edən Elica Kummings yenidən qiymət verilməsi prosesinin ölkə boyu yoxlanış tələb edəcəyini bildirib. Onun fikrincə, bu yolla demokratların öz sözlərini xalqa necə çatdırdıqlarını müəyyən etmək mümkün olacaq. Lakin respublikaçıların heç də hamısı demokratların yaxın zamanda problemlərini həll edəcəyinə inanmamır. Konqresmen Tom Reynoldun fikrincə yenicə qeydiyyatdan keçmiş seçicilər Kerriyə deyil, Corc Buşa səs vermişlər. O, demokratların amerikalılar arasında nüfuzunu itirdiyinə inanır. Demokaratlar hesab edirər ki, prezident Buş gələn dörd il ərzində daxili məsələlərin həllində onlarla əməkdaşlığa ehtiyac duyacaq. Demokartalar senatda əqəliyyət liderlərinə başçı seçməli və 2008-ci ildə prezidentliyə ləyaqətli bir namizəd tapmalıdırlar.

XS
SM
MD
LG