Accessibility links

Polis Britaniyada qatar qəzasının səbəblərini araşdırır - 2004-11-07


Britaniya polisi Şənbə günü sürət qatarının qəzaya uğraması nəticəsində 6 adamın ölümünə və 100-dən çox adamın yaralanmasına səbəb olan hadisənin səbəblərini araşdırır. Toqquşma dünən Londonun cənub-qərbində yerləşən Berkshire regionunda baş verib. Polisin dediyinə görə Londondan Plymouth-a saatda 160 kilometr sürətlə gedən qatar dəmiryolunu keçən maşına çırpılmışdır. Nəqliyyat polisinin dediyinə görə bu iri qəzadan bu qədər insanın salamat qurtulması möcüzəvi haldır. Britaniya rəsmilərinin bildirdiyinə görə toqquşma zamanı qatarda 300 adam var idi və qatarın bütün vaqonları yoldan çıxıb.

XS
SM
MD
LG