Accessibility links

Fələstin liderləri xalqı birliyə çağırır - 2004-11-07


Yasır Ərafat Parisdəki hospitalda ağır vəziyyətdə qalırkən Fələstin liderləri Qəzza Zolağında və Qərb Sahilində təhlükəsizliyin təmin edilməsi üzərində razılığa gəliblər. Fələstin siyasi liderləri və militant dəstələrin başçıları xəstə lider öldüyü halda xalqı birliyə çağırıblar. Bu arada Fələstin tibbi və təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə İsrail hərbçiləri Cenin şəhərində 4 Fələstinlini öldürüblər. Fələstinlilərin dediyinə görə Ərəb paltarı geymiş İsrail əsgərləri maşına atəş açaraq içində Əl-Aqsa Şəhidlər Briqadasının üzvü olmaqda şübhələnilən adamları öldürmüşlər. Hezbullah militant qrupu isə ilk dəfə olaraq İsrail üzərində kəşfiyyat uçuşu apardığını bəyan edir. Livan qruşunun dediyinə görə bu hərəkət İsrailin Livan hava sərhədlərinin mütəmadi şəkildə pozmasına cavabdırə və Hezbullah gələcəkdə də bu sıra əməliyyatlar həyata keçirəcək.

XS
SM
MD
LG