Accessibility links

Duran Duran rok qrupunun üzvləri “Astronaft” albomunda yenidən bir yerdədirlər - 2004-11-07


Duran Duranın beş üzvü ilk albomlarını 20 il bundan əvvəl buraxmışdılar. “Girls On Film”, “Rio”, “The Reflex” və “Hungry Like The VVolf” kimi 1980-ci illərin hitlərinin müəllifi olan qrupun 70 milyondan artıq albomu satılıb. Karyeralarının zirvəsinə çatdıqda qrupun üzvləri yeni layihələr üzərində işləmək qərarına gəlirlər. Zərb alətlərinin ifaçısı Rocer Teylor və gitaraçı Endi Teylor qrupu tərk edirlər. Duran Duran bir daha öz əvvəlki şöhrətini özünə qaytara bilmədi. Qrupun solo müğənnisi Simon LeBon işi davam etdirir və 2000-ci ildə müəyyən uğura nail ola bilir. 2002-ci ildə qrupun beş əvvəlki üzvü bir araya gəlib yeni material üzərində işlmək qərarına gəlir. Yenidən birləşəndən sonra Duran Duran qısa müddətli tur keçirir və Fransa və İngiltərədə səsyazma studiyasında yeni mahnılar yazır. 15 ildən sonra studiyaya yenidən birlikdə daxil olan musiqiçilər əvvəlki kimi gözəl hisslər yaşadıqlarını demişdilər.

Yeni “Astronaft” albomundakı bəzi mahnılar 80-ci illərdə qrupun ilk işlərilə səsləşir. Digərlərində isə eketron və bas, vokal bir yerdə ifa edilir. Müğənni Simon LeBon bunu belə izah edir: “Biz bilirdik ki, yaratdığımız ən gözəl müsiqi Duran Duranın 80-ci illərdəki müsiqisi idi və biz buradan başlamaq istəyirdik.” Qrup “Astronaft”ın studiyada yazıya alınmasını özü maliyyələşdirib. Duran Duran hələlik gələcək qastrollarının tarixini elan etməyib. Musiqiçilər italyan dizayneri Corcio Armaninin moda şousunda birlikdə görünüblər. Duran Duranın musiqiçiləri qrupun yaranma tarixi haqda “Please Please Tell Me Novv” adlı yeni kitab yazmağı düşünürlər.

XS
SM
MD
LG