Accessibility links

Cib telefonları beyində şiş əmələ gətirir - 2004-11-08


İsveçdə keçirilən son araşdırmalarından məlum olub ki, 10 il cib telefonlarından istifadə edən insanlar olduqca nadir qeyri-xərçəng sişləri riski qarşısındadır. Akuistik Nevromas adlanan şişlər qulaqdan beyinə gedən əsəb üzərində formalaşır. Bu şişlərə yüz mində bir insanda rast gəlinir. Olduqca kiçik sürətlə böyüyən şişlərin aşkar edilməsi illərlə vaxt aparır. Şiş beynin özündə deyil, beyin səthi üzərində əmələ gəlir. 750 adam üzərində aparılan tədqiqatın nəticəsi bu insanların 150-də bu şişlərin və telefon dəstəyinin tutulduğu tərəfdə şişlərin əmələ gəlmə riskinin 4 dəfə artıq olduğunu göstərib. Araşdırmalar həm də müəyyən edib ki, cib telefonlarının ilkin versiyaları hazırkı diqital telefonlarla müqayisədə daha artıq elektormaqnit şüalanmaya malik idi. Lakin alimlər müasir telefonların nə dərəcədə riskli olduğunun müəyyən edilməsi üçün əlavə tədqiqatlara ehtyac olduğunu deyirlər.

XS
SM
MD
LG