Accessibility links

Sünni ruhanilər seçkiləri boykota çağırır - 2004-11-09


İraqın sünni ruhaniləri əhalini ölkənin yanvarda keçiriləcək seçkilərini baykot etməyə çağırıblar. Müsəlman Alimləri Assosiasiyasının rəhbərinin dediyinə görə bu baykot koalisiya öqüvvələrinin Fallucanı mühaisrəyə almasına cavabdır. Assosiasiya əvvəldən Fallucaya hücum ediləcəyi təqdirdə seçkiləri baykotla hədələmişdi. Həmçinin bu gün İraqın aparıcı Sünni siyasi partiyası Faluca hücumuna görə İraq hökumətindən çıxdığını bəyan etmişdir. Bu çıxışın hökumətin işinə nə kimi təsir göstərəcəyi aydın deyil. Qeyd edək ki, Falluca 7 aydan çoxdur ki, üsyançıların nəzarəti altındadır və bu şəhər İraq üsyanının mərkəzi nöqtəsi hesab edilir.

XS
SM
MD
LG