Accessibility links

Fəllucə uğrunda döyüşlər davam edir - 2004-11-12


İraqın müvəqqəti hökumətinin yüklsək səviyyəli nümayəndəsi Fəllucənin tam nəzarətinin Amerika və İraq əsgərlərinə keçəcəyini bildirib. Amerika və İraq əsgərləri ölkənin bir sıra bölgılırindı qiyamçılarla döyüşlər aparır.Fəllucədə hərbi qüvvələrin rəsmilərinin bildirdiyinə görə, 4 gün davam edən şiddətli döyüşlərdən sonra, qiyamçılar şəhərin cənub bölgəsinə sığınıblar. Bu gün gedən döyüşlərdə onlarla qiyamçı ya öldürülüb, ya da ələ keçirilib. Bazar ertəsindən bəri şəhərdə gedən döyüşlər zamanı yüzlərlə qiyamçı öldürülüb. Plana əsasən, Fəllucədə qiyamçılar üzərində qələbə əldə ediləcəcək. Bu arada, İraqda Qırmızı Aypara cəmiyyəti Amerika və İraq əsgələrinin komandirlərini şəhərə ərzaq malları, içməli su və digər lazımı təchizatın çatıdılrmasına icazə verməyə çağırıb. Bazar ertəsi on iki min Amerika və İraq əsgərinin Fəllucəyə hücumundan sonra şəhərə elektrik enerjisi və içməli suyun verilməsi kəsilib. Amerika əsgərləri Fəllucədən qərbdə yerləşən Ramadi şəhərinə hücum edərək, onlarla qiyamcını nəzarət altına alıb. Onların bəzisinin Fəllucə döyüşləri başalayandan sonra Ramadiyə qaçdığı təxmin edilir. Bu gün şəhərdə ara-sıra atəş səsləri eşidilib.

XS
SM
MD
LG