Accessibility links

ABŞ-ın baş prokuroru vəzifəsinə A.Qonzales təyin edilə bilər - 2004-11-12


Prezident Buş Ağ Evin məsləhətçisi Alberto Qonzalesi bu həftə istefasını verən baş prokuror Con Eşkraftin yerinə namizəd göstərib. Cənab Qonzalesin Senatın Ədliyyə Komitəsinin ciddi sulları ilə üzləşəcəyi gözlənilir. Baş prokuror məhz bu komitə tərəfindən təsdiq edilməlidir. Alberto Qonzalesin namizədliyi Meksika mənşəli amerikalılar tərəfindən böyük sevinclə qarşılanıb. 49 yaşlı Qonzales vəkil karyerasını Hyuston şəhərində Vinson və Elkins şirkətlərində fəaliyyət göstərməklə başlamışdı. O, həm də Meksika mənşəli amerikalıların hüquqlarının müdafiəsi assosiasiyasda da işləmişdi. Alberto Qonzales 1973-cü ildə Hyuston şəhərində orta məktəbi bitirdikdən sonra Rice universitetində təhsilini davam etdirdmişdi. Hüquqşünaslıq üzrə elmi dərəcəsini Harvard universitetində almışdır. 1995-ci ildən, prezident Buşun Texasa qubernatoluq etdiyi müddətdə onunla bərabər çalışmışdı. 1999-cu ildə o, Corc Buş tərəfindən Texasın Ali Məhkəməsinə sədr təyin edilmişdi. 2000-ci il seçkilərindən sonra o, prezidentin ardınca Aç Evə keçmişdi. O vaxtdan bəri Alberto Qonzales administrasiyanın qanuni məsələləri ilə məşğul olur. Evlidir, iki oğlan uşağının atasıdır.

XS
SM
MD
LG