Accessibility links

Suxumi şəhərində hökumət binası ələ keçirilib - 2004-11-13


Gürcüstanın separatçı regionu Abxaziyanın paytaxtı Suxumi şəhərində dünən prezidentliyə namizəd Sergey Baqapş öz tərəfdaşlarının köməyi ilə hökumət binasını ələ keçirmişdir. Bu hadisədə bir neçə nəfərin yaralandığı və bir qadının güllə yarasından öldüyü bildirilir. Cənab Baqapş bu hadisənin məsuliyyətini hərbiçilərin üzərinə atsa da, Abxaz rəsmiləri deyirlər ki, məsuliyyət Baqapşın tərəfdarlarının üzərinə düşür. Xatırladaq ki, oktyabr ayında keçirilən prezident seçkilərində ali məhkəmə Baqapşın qalib gəldiyini bildirsə də, sonradan bu qərarı ləğv edərək yeni seçkilər keçirilməsini istədi. Baqapşın tərəfdarları isə seçkilərin yenidən keçirilməsinin əleyhinə idilər. Dünən Rusiya bəyan edib ki, lazım gələrsə o, öz maraqlarının qorunması yönümündə müəyyən addımlar ata bilər. Tbilisi isə öz növbəsində Rusiyanı Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edir.

XS
SM
MD
LG