Accessibility links

ABŞ Prezidenti Corc Buş Dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib - 2004-11-14


Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş müsəlmanların müqəddəs Ramazan ayının başa çatması münasibətilə keçirilən Eyd-əl-Fitr bayramını təbrik etmişdir. Təbrikdə deyilir:

Ramazan müqəddəs Quranın Məhəmməd peyğəmbərə göndərdiyi vəhyin anıldığı aydır. Ötən ay ərzində müsəlmanlar dan yerindən ağrandan günbatana qədər oruc tutmuşlar. Onlar bunu öz diqqətlərini etiqada və ürəklərini xeyriyyə işlərinə istiqamətləndirmək niyyəti ilə etmişlər.

Bütün dünya boyu müsəlmanlar öz mərhəmət əllərini yoxsullara və ehtiyac içində olanlara uzatmışlar. Şəhərlər və kəndlərdə kasıbların iftarını açması üçün xeyriyyə süfrələri açılmışdır. Və Allahın nemətlərini bölüşdürmək niyyəti ilə insanlara yemək və paltar hədiyyələri paylanmışdır. Müsəlmanlar adətən iftar süfrəsini açarkən başqa etiqadların üzvlərini də süfrəyə dəvət edərək öz tolerantlıqlarını nümayiş etdirirlər.

Eyd al-Fitr zamanı müsəlmanlar öz oruclarının sonucunu və yeniləşmiş inamlarının bəhrəsini qeyd edirlər. Ramazan bayramı ilə bağlı adət və ənənələr ölkədən ölkəyə fərqlənir. Misirdə insanlar çıraq yandırır, Pakistanda atəşfəşanlıq edir, Nigerdə isə ağsaqqallara ziyafətlər verilir.

Bu günkü bayramın əsasında dayanan ruh bir daha bizə xatırladır ki, İslam dini mənim ölkəmdə milyonlarla, bütün dünyada isə milyarddan artıq adama ümid və rahatlıq gətirir. Ramazan həmçinin bizim yadımıza salır ki, İslam dini təhsilə can atan zəngin bir sivilizasiyaya təkan vermiş və bununla da bəşəriyyətə böyük xidmət göstərmişdir.

Burada Amerikada müsəlmanlar biznes, elm, hüquq, təhsil və başqa sahələrdə cəmiyyətə böyük bəhrələr veriblər. Silahlı Qüvvələrimizin müsəlman əsgərləri Amerika xalqına rəşadətlə xidmət edir və millətimizin azadlıq və ədalət ideallarını qoruyurlar.

Lora və mən bütün müsəlmanları bu əziz bayram münasibətilə təbrik edir və qarşıdan gələn ildə də sizə Allahın Ramazan ayında verdiyi nemətləri diləyirəm.

XS
SM
MD
LG