Accessibility links

K. Paueli K.Rays əvəz edir - 2004-11-16


Prezident Buş ölkənin dövlət katibi vəzifəsinə milli təhlükəszilik məsələləri üzrə müşavir Kondaliza Raysı təyin edib. Xanım Rays bazar ertəsi istefası ilə bağlı qərarını bəyan edən Kolin Paueli əvəz edir. Prezident Buş bu bəyanatı verərkən bildirib ki, Kondaliza Rays İsrail-Fələstin münaqişəsi, terrorizmlə mübarizə kimi xarici siyasət məsələlərinin öhdəsindən gəlməyə qadir bir şəxsdir. Qısa çıxışı ilə prezidentə təşəkkürünü bildiriən xanım Rays prezidentin gündəmə gətirdiyi ümidiverici və əzmkar siyasətini davam etdirməyə hazır olduğunu deyib. Kondaliza Raysın nominasiyası Senat tərəfindən təsdiq edilməlidir.

XS
SM
MD
LG