Accessibility links

Rusiya yeni nüvə silahları istehsal edir - 2004-11-17


Rusiya prezidenti Vladimir Putin yeni nüvə raketləri sisteminin inkişaf etdirildiyi və sınaqdan keçirildiyini bəyan edib. Rusiya prezidenti bunun gələcək təhlükəslik hədələrindən müdafiə məqsədi daşıdığını bildirib. Rusiyanın xəbər agentlikləri Vladimir Putinin bu bəyanatı Rusiyanın yüksək rütbəli hərbi nümayəndələri qarşısındakı çıxışı zamanı verdiyini bildirirlər. Prezidentə istinadən bildirilir ki, Rusiyanın inkişaf etdirdiyi yeni sistem digər nüvə qabiliyyətli ölkələrdə olmayacaq. Prezident Putin beynəlxalq terrorizmin təhlükəsindən danışaraq deyib ki, Rusiya nüvə proqramı və raketlərdən müdafiə sistemini inkişaf etdirməsə yeni təhlükələrlə qarşılaşa bilər.

XS
SM
MD
LG