Accessibility links

NATO İraqa təlimatçı qrupu göndərir - 2004-11-17


NATO İraq zabitlərinə təlim verilməsi üçün İraqa yüzlərlə təlimatçı və digər hərbi mütəxəssislərin göndərilməsi planını təsdiq edib. Hərbi təlimlərlə bağlı missiya NATO-nun ekspertləri tərəfindən keçən ay irəli sürülmüşdü. Plana əsasən İraqa 300 təlimatçı göndərilməlidir. NATO komandiri general Ceyms Consun bildirdiyinə görə, alyansın 10 üzvü qüvvələrini İraqa göndərməkdən imtina edir. “Financial Times” qəzetinə müsahibəsi zamanı general bunun hərbi missiyanı təhlükə altına aldığını deyib. O, hansı ölkələrin İraqa qüvvə göndərmək istəmədiyi barədə məlumat verməiyb.

XS
SM
MD
LG