Accessibility links

Türkiyənin AB-nə üzvlüyü ilə bağlı danışıqlar 2006-cı ildə keçirilə bilər - 2004-11-17


Fransanın xarici işlər naziri Mişel Barnier Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıların 2005-ci ilin axırları, 2006-ci ilin əvvəllərində keçirələcəyini bildirib. Xarici işlər naziri bunu “Le Fiqaro” qəzetinə verdiyi müsahibəsi zamanı deyib. Avropa Birliyinin liderləri gələn ay keçirəcəkləri sammitlərində Türkiyənin üzvlüyi ilə bağlı müzakirələr haqda qərar qəbul etməlidir. Birliyə üzv ölkələrdə keçirilən sorğular Türkiyənin üzvlüyü ilə bağlı kəskin fikir ayrılıqlarının mövcud olduğunu göstərib. Fransa prezidenti Jak Şirak üzlüyün əleyhinə olmadığını, amma bununla bağlı ölkəsində referendum keçiriləcəyini bildirmişdir.

XS
SM
MD
LG