Accessibility links

İraqda yaraqlılar yeni hücumlara keçiblər  - 2004-11-18


Bu gün Bağdadın polis idarəsi yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində iki adam həlak olmuş, bir neçəsi yaralanmışdır. Kərkükdə yol kənarına yerləşdirilmiş bomba partlayışı iki mülki vətəndaşın ölümünə yol açıb. Mosul şəhəridə isə bələdiyyə idarəsinə qarşı minomyot hücumu 4 adamın yaralanmasına səbəb olub. Eyni zamanda İraqın siyasi liderləri yanvar ayına təyin edilmiş seçkilərin müzakirəsi məqsədi ilə görüş keçiriblər. Şiə, sünnü və kürdləri təmsil edən 14 siyasi partiya nümayəndəsi bu gün Dokan şəhərində yığıncaq keçirib.

XS
SM
MD
LG