Accessibility links

Iranın nüvə təhlükəsi: Ekspertlər nüvə proqramları məsələsində İrana təzyiqlər göstərməyə çağırır - 2004-11-19


Bu həftə İranın müxalif Milli Müqavimət Şurası Tehranın gizli nüvə silahı obyektinə malik olduğu haqda məlumat vermişdir. İran Beynəlxalq Atom Enerjisi agentliyini müxalifət qrupunun bu iddilarına əhəmiyyət verməməyə çağırmışdır. Bundan öncə vəzəfisindən istefa vermiş Dövlət katbi Kolin Pauel İranın nüvə sialhı istehsalı sahəsində fəaliyyətlərini davam etdirdiyinə dair sənədələrlə tanış olduğunu bildirmişir. Nüvə eksperltəri hesab edirlər ki, ABŞ və Avropa nüvə silahı istesal etməyə başlasa, İrana qarşı hansı tədbirlərin görüləcəyini aydın şəkildə bildirməyiblər. Söhbət sanksiyalardan gedir. Mərkəzi Kəşfiyyat agentliyinin keçmiş təhlilçisi Kennet Pollak hesab edir ki, İran və Avropa arasında razılıqda mühüm bir məsələ nəzrədən qaçırılıb, bu da, mövcud təhlükə haqda məlumatın verilməməsidir. “Burada çatışmayan bir şey sanksiyalardır. İndi İranın başı üzərində bir məsələ də durur, avropalıların təklif etdiklərini hamısını alacaqlar, yoxsa yox. Onların seçimi status kvodur ki, onları son dərəcə xoşbəxt etməsə də, amma onlar üçün nə fəlakət deyil.

Daha bir ekspert, fizik, keçmiş silah müfəttişi Deyvid Olbrayt hesab edir ki, ABŞ və Avropa İranın səylərini nüvə silahları inkişaf etdirmək istiqamətindən yayındırmaq üçün uzun müddətli strategiya hazırlamalıdırlar. Vaşinqtondakı ekspertlərin fikrincə, İranın nüvə proqramları ilə bağlı məsəlləri həll etmək üçün Beynəlxalq Atom Enerjisi agentliyinə çox vaxt lazım olacaq. İranın nüvə təhlükəsinin siyasi dairələrdə müzakirə olunduğu vaxt, Amerika konqresmenləri, respiblikaçı Kristofer Şeys və demokrat Ed Marki Dövlət katibi Kolin Paulə ünvanladıqları məktubda Buş administrasiyasını mövcud sənədləri açıqlamağa çağırıblar. Koqnresmenlər bunun İranın nüvə silahı istehsal etməyə çalışması haqda nəticə çıxarmaq üçün zəruri olduğunu deyirlər. Konqresmen Ed Marki: “Biz İranın bu yaxınlarda Avropa Birliyi ilə razılığa əməl edəcəyinə inana bilərikmi? Bu, həqiqətənmi düzgün bir razılıqdır? Biz Avropa Birliyinə inana bilərikmi? Biz İraqın nüvə proqramları məsələsində haqlı olmadığını nəzərə alaraq, Dövlət katibi Kolin Puelə inana bilərikmi?” Bütün bunları nəzərə alaraq, ABŞ qanunvericiləri bildirirlər ki, Amerika nüvə silahlarının yayılmaması kimi olduqca ciddi bir məsələdə bir-birinin ardınca ikinci dəfə yanlış mövqedə ola bilməz.

XS
SM
MD
LG