Accessibility links

Fələstində prezident seçkiləri kampaniyası başlayıb - 2004-11-20


Fələstinlilər bu gün rəsmən mərhum liderləri Yasir Ərafatın əvəzlənməsi prosesinə başlamışlar. Yanvarın 9-da keçiriləcək seçkilərdə iştirak etmək istəyən namizədlər bu gündən etibarən qeydiyyatdan keçə bilər. Fatah fraksiyası tərəfindən namizədliyi dəstəklənəcəyi halda Fələstinin keçmiş baş naziri və qüdrətli Fələstin Azadlıq Təşkilatında Ərafatın varisi olan Mahmud Abbas seçkilərdə ən çox birinciliyi qazanmaq şansına malikdir. Qaydalara görə partiya tərəfindən namizədlikləri irəli sürülməyən şəxslərdən 5 min imza toplamaq və seçki komissiyasına $3000 pul ödəmək tələb olunur. Bu arada Fransız rəsmiləri Ərafatın tibbi sənədlərini onun həyat yoldaşı Suhəyə təqdim etmiş və eyni sənədləri cənab Ərafatın qohumu Nasir əl-Kidvaya verə biləcəklərini söyləmişlər. Artıq bir müddətdir ki, Fələstin rəsmiləri Yasir Ərafatın ölüm səbəbini bilmək istədiklərini bəyan edirlər.

XS
SM
MD
LG