Accessibility links

Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir - 2004-11-21


Bu gün ukrayinalılar, səslərin saxtalaşdırılması barədə yaranmış narahatçılıq şəraitində keçirilən prezident seçkilərinin ikinci turunda səs verirlər. Yerli mətbuat səsvermə məntəqəsində səsverməyə müdaxilə etmək istəyən bir polis işçisinin öldürülməsi haqda faktla bərabər bir neçə ganunsuzluq halları barədə məlumat verir. 5 min nəfərdən çox xarici nümayəndə seçkilərin gedişini müşahidə edirlər.

Seçki rəsmiləri bildirmişlər ki, yerli vaxtla günorta saat 12-də, artıq seçicilərin 55 faizi səs vermişdir. Seçkidə Moskva yönümlü Baş Nazir Viktor Yanukoviç Gərb-yönümlü müxalifət nümayəndəsi Viktor Yuşenko ilə mübarızə aparır. Seçkilərin birinci turunda namizədlərin heç biri lazım olan səs çoxluğunu toplaya bilməmişdi. Lakin cənab Yuşenko bildirmişdir ki, səslərin saxtalaşdırılması ona galib gəlməyə mane olmuşdu. Beynəlxalq müşahidəçilər seçkilərdə ciddi pozuntular barədə məlumat vermişlər.

Səs verəndən sonra cənab Yuşenko müxbirlərə demişdir ki, qanun pozuntularına baxmayaraq o, öz qələbəsinə inanır. O, xəbərdarlıq etmişdir ki, seçkilər saxtalaşdırılsa, öz tərəfdarlarını küçə nümayişlərinə çağıracaq.

XS
SM
MD
LG