Accessibility links

Kolin Pauell İsrailə yola düşüb - 2004-11-21


ABŞ Dövlət Katibi Kolin Pauell uzun müddətdir ki, dayandırılmış “yol xəritəsi” adlı sülh prosesinin bərpası barədə İsrail və Fələstin rəhbərləri ilə danışıqlar aparmaq üçün bu gün İsrailə gəlib. Sülhməramlı səylərin yenidən başlanması məqsədilə növbəti həftələr ərzində Rusiyanın və bir neçə Avropa ölkəsinin xarici işlər nazirlərinin də regiona gəlişi gözlənilir. Bir neçə gün əvvəl baş vermiş Yasir Ərəfatın vəfatından sonra beynəlxalq ictimaiyyət İsrail-Fələstin sülh danışıqlarının bərpası ümidi ilə müxtəlif diplomatik təşəbbüslərə başlamışdır. Cənab Pauell bura ilk təşrif buyuran dövlət xadimidir. O, İsrailin Baş Naziri Ariyel Şaron və Xarici İşlər Naziri Silvan Şalom ilə sabah səhər görüşəcək. Bundan sonra o, Fələstin Azadlıq Hərəkətinin lideri Mahmud Abbas və Baş Nazir Əhməd Qureya daxil olmaqla, Fələstinin yeni müvəqqəti rəhbərləri ilə danışıqlar aparmaq üçün Qərb Sahilindəki Yerihko şəhərinə səfər edəcək.

Fələstinlilər arzu edirlər ki, İsrail qoşunlarının Fələstin ərazilərindən çixarılması və yanvar ayının 9-da keçiriləcək seçkilərin maneəsiz keçirilməsi üçün, cənab Pauell İsrailə təzyiq göstərsin. Deyilənə görə, İsrail rəsmiləri belə bir müraciəti müzakirə etməyə hazırdılar. Bundan əlavə İsrail rəsmiləri bildirmişdilər ki, gosunlarının növbəti bir neçə il ərzində Gəzza zolağından çıxarılma prosessini onlar Fələstinin yeni rəhbərliyi ilə birgə əlagələndirməyə hazırdırlar. Keçən həftə istefasını elan etmiş və vəzifəsini tərk eməyə hazırlaşan cənab Pauellin səfəri qısa-müddətli olacaq və bu onun regiona sonuncu səfəri olacaq. Cənab katib demişdir ki, cənab Ərəfatın ölümündən sonra o, sülhə yeni imkanlar tapmaq istəyir.

Vəzifəsində işlədiyi dörd il ərzində, cənab Pauell danışıqlar aparmaq, garşıdumaya son goymaq və müxtəlif sülh təşəbbüslərini həyata keçirmək məqsədi ilə regiona dəfələrlə gəlmişdi. Ən son gəlişi prezident Buşun bir il yarım bundan əvvəl İyordaniyanın Aqaba şəhərində irəli sürdüyü və benəlxalq içtimayyətin dəstəyini almış “yol xəritəsi” sülh planı ilə bağlı idi. Lakin demək olar ki, bu plan irəli sürüldüyü andan baş tutmamışdı və zorakılıqların sayı artmışdı. Lakin Yasır Ərəfatın vəfatından sonra, münaqişəyə cəlb olunmuş bütün tərəflər sülh üçün yeni imkanların meydana gəldiyini bildirmişlər. Cənab Pauellin səfəri adıçəkilən imkanların təsdiqi və Prezident Buşun bu imkanları istifadə etmək niyyətinin təzahürüdür. Britaniya Xarici İşlər Naziri Cek Strou, Russiya Xarici İşlər Naziri Sergey Lavrov, Almaniya və İspaniya xarici işlər nazirlərinin regiona gəlişləri isə növbəti həftələr ərzində gözlənilir.

XS
SM
MD
LG