Accessibility links

Avropa Birliyinin icraedici komissiyası işinə başladı - 2004-11-22


25 üzvlü Avropa Bilriyinin icraedici komissiyası 3 həftəlik geçikmədən sonra bu gün fəaliyyətə başlayıb. Komissiyanın işə başlamasının yubadılmasına Hose Manuel Barrosonun irəli sürdüyü namizədlərin qanunvericilər tərəfindən rədd edilməsi səbəb olmuşdu. Ötən cümə axşamı günü Avropa Parlamentinin komissiyanı təsdiq etməsindən sonra məlum olmuşdu ki, nəqliyyat üzrə komissioner Jak Barrot Fransada başçılıq etdiyi partiyasına qarşı irəli sürülən iddialarla bağlı məlumat verməmişdir. Cənab Barrot Avropa Parlamentinin prezidentinə ünvanladığı məktubda Fransa prezidenti Jak Şirakın əfv fərmanına əsasən iddiaların neytrallaşdığını bildirmişdir.

XS
SM
MD
LG