Accessibility links

V. Yuşşenko qələbəsini elan etdi - 2004-11-23


Ukraynanın müxalif lideri Viktor Yuşşenko qalmaqallı prezident seçkilərində özünü qalib elan edib. Bu gün simvolik andiçmə mərasimi keçirən cənab Yuşşenko parlamenti seçkilərin müzakirəsi məqsədi ilə növbədənkənar sessiya keçirməyə səsləyib. 450 yerli parlamentin yalnız 191 qanunvericisi parlamentin yığıncaqğında iştirak edib. Bu isə seçkilərin nəticəsinin təsdiqi üçün lazım olan əksəriyyəti təşkil etməyib. Kiyevdə 200 000-ə yaxın adam seçkilərin nəticəsinə etiraz olaraq nümayş keçirmişlər. Nümayşlər Lvov və digər şəhərlədə hələ də davə etməkdədir. Rusiya prezidenti Avropanın tənqidini seçkilərin nəticəsi təsdiq edilmədiyi üçün “yolverilməz” adlandırıb.

XS
SM
MD
LG