Accessibility links

"Ölüm ücbucağı"nda reydlər keçirilir - 2004-11-24


Amerika, Britaniya və İraqın hərbi qüvvələri Bağdadın cənub bölgəsindəki hərbi əmliyyatlarını davam etdirir. Dünəndən etibarən başlayan əməliyyatlarda 5000 əsgər iştirak edir. İraqın Daxili İşlər Nazirliyinin yüksək səlahiyyətli nümayəndələrinin bildirdiyinə görə, əməliyyatın başlanğıcından bəri onlarla yaraqlı nəzarət altına alınıb. Onlar bu əməliyyatların həftə sonunadək davam edəcəyini bildirirlər.Evbəev aparılan reydlər yanvar ayının 30-a təyin edilən seçkilərdən əvvəl İraqdakı hərbi qruplaşmaların məhvi məqsədi daşıyır. Amerika qüvvələrinin başçılığı altında sünnü müsəlmanların istehkamına qarşı əmliyyatlardan əvvəl bir çox yaraqlının Fəllucədən çıxarıldığına inanılır. “Ölüm üçbucağı” adlandırılan bölgədə qüvvələr qırıcı təyyarələr və döyüş vertolyotlarının müşayiəti ilə hücuma keçmişlər. Britaniya və Amerika qüvvələri qaçma potensialına malik olan bölgələri bağlayır. İraq qüvvələri isə yaraqlıların axtarışını həyata keçirirlər. Daxili İşlər Naziriliyinin bildirdiyinə görə, Fəllucədən qaçmağa nail olan militantlar məhz bu bölgədə yerləşə bilər.

XS
SM
MD
LG