Accessibility links

Zərqavi müsəlmanları xəyanətdə günahlandırır - 2004-11-24


Əl-Qaidə terror şəbəkəsi ilə əlaqəsi olan terrorçu Əbu Müsab Əl- Zərqavinin səsi yazılan kasetdə deyilir ki, islam dindarları Amerikanın İraq və Əfqanıstandakı əməliyyatlarını sakit izləməklə müsəlman döyüşçülərə xəyanət edirlər. İslamçıların veb səhifəsində səsləndirilən kasetdə minlərlə müsəlmanın yahudi və xaçpərətlərin qətlləri ilə üzləşdiyi deyilir. Səsin kimə məxsus olduğu və nə zaman lentə alındığı müəyyən edilməyib.

XS
SM
MD
LG