Accessibility links

İraqda zorakılıqlar davam edir - 2004-11-28


Amerika hərbi rəsmilərinin veridiyi məlumata görə şimali Mosul şəhərində əlavə 17 cəsəd aşkar edilib. Amerika və İraq rəsmiləri son iki həftə ərzində Mosulda 50 yə yaxın insanın cəsədi tapıldığını bildirir. Cəsədlərin coxunda aydın edam əlamətləri var. Amerika rəsmiləri üsyançı olmaqda şübhələnilən 43 nəfərin tutulduğunu xəbər verir. Samarrada isə polis maşına qoyulmuş bomba partlayışı nəticəsində 3 mülki şəxsin öldürüldüyünü və bir neçəsinin yaralandığını bildirir. Başqa xəbərdə deyilir ki, İran Bağdada iki ölkə arasında olan 1600 kilometrlik sərhədi qorumaqdan ötrü İraqlıları təlimləndirməyi təklif edib. İran Daxili İşlər Nazirinin müavini həmçinin bəyan edib ki, qarşıdan gələn Çərşənbə axşamı Ərəb ölkələrinin daxili işlər nazirləri Tehranda bir araya gələrək İraqdakı üsyanı yatırmaq yollarını arayacaqlar.

XS
SM
MD
LG