Accessibility links

İranla bağlı qətnamə qəbul edildi - 2004-11-29


BMT-nin nüvə agentliyi İranın uran zənginləşdirilməsinə dair bütün fəaliyyətlərinin dondurulması ilə bağlı qətnamə qəbul edib. Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyana yığıncağında qəbul edilən qətnamə ilə İran məsələsinin BMT-nin Təhlükəsizlik Şurasında qaldırılmasına ehtiyac qalmır. Qətnaməyə əsasən Tehranın uranın zənginləşdirilməsinə dair dayandırdığı bütün fəaliyyətlər agentlik tərəfindən təsdiq ediləcək. Xatırladaq ki, Birləşmiş Ştatlar İranın nüvə silahları istehsalı ilə bağlı gizli fəaliyyət göstərdiyini iddia edərək, məsələnin BMT-nin Təhlükəszlik Şurasına verilməsini istəyirdi. İran isə bu iddiaları rədd edir.

XS
SM
MD
LG