Accessibility links

Həmas strategiyasını dəyişə bilər - 2004-11-29


Həmas qrupunun yüksək vəzifəli lideri Şeyx Həsən Yusifin dediyinə görə fələstinlilər üçün ədalətli olsa, qrup İsrail-Fələstin sülh müqaviləsinə mane olamaycaq. İsrailin mövcudluğunu tanımayan Həmas qrupu son 4 il ərzində israilə qarşı hücumlara hıyanat keçirir. Şeyx Yusif bildirib ki, Həmas qrupu Ərəfatın vəfatından sonra, strategiyasında dəyişikliklər edə bilər. Noyabrın 11-i Ərəfatın vəfatından sonra zorakılıqların zəiflədyi müşahidə edilir. Göründüyü kimi Fələstin muxtar idarəsinin müvəqqəti liderləri və İsrail hökuməti keçid mərhələsində sakitliyə üstünlük verirlər. Şeyx Yusif Həmas qrupunun seçkilərdə öz namizədini irəli sürməyəcəyini, lakin seçkiləri yaxından izləyəcəyini bildirib.

XS
SM
MD
LG