Accessibility links

İraqda sünnilər seçkilərin təxirə salınmasında israrlıdırlar - 2004-12-02


İraqın tanınmış sünni siyasətçiləri ölkədə zorakılıqların davam etməsini nəzərə alaraq yanvarın 30-da keçirilməsi planlaşdırılan seçkilərin təxirə salınmasını təkrar təklif ediblər. Müvəqqəti baş nazir İyad Əlavi seçkilərin vaxtında keçirilməsini israr edir. Prezident Buş da seçkilərin təxirə salınması təklifini rədd edib. Birləşmiş Ştatlar seçkilərin təhlükəsizliyini təmin etmək üçün İraqdakı əsgələrin sayını 138 mindən 150 minə qədər artıracağını bildirib. Bu arada Bağdada atılan minomyot atəşi nəticəsində bir iraqlı həlak olmuş, bir neçə adam isə yaralanmışdır. Mosulda isə yaraqlılar keşik çəkən bir amerika əsgərini öldürüblər.

XS
SM
MD
LG