Accessibility links

ABŞ DTN-ə yeni başçı təyin edilir - 2004-12-03


Prezident Buş Birləşmiş Ştatların daxili təhlükəsizlik naziri vəzifəsinə Bernard Keriki namizəd göstərib. Cənab Kerik 2001-ci il sentyabrın 11-i terror aksiyaları zamanı Nyu-York şəhər polis idarəsinin başçısı idi. Bu gün Ağ Evdə təşkil edilən mərasimdə prezident Buş cənab Keriki bacarıqlı və işgüzar şəxs adlandırıb. Bernard Kerikin namizədliyi Senat tərəfindən təsdiq edilsə, o, 180 000 işçisi olan Daxili Təhlükəsizlik Nazirliyinin başçısı Tom Ridci əvəz edəcək. Bəzi şərhçilərin fikrincə cənab Kerikin siyasi təcrübəsizliyi daxili təhlükəszlik naziri kimi yüksək bir vəzifəyə zirər vura bilər.

XS
SM
MD
LG