Accessibility links

Almaniyada İyad Ələviyə qarşı sui-qəsddə şübhələnilənlər həbs edilib - 2004-12-04


Alman polisi bu yaxınlarda Almaniyada səfərdə olan İraqın müvəqqəti baş naziri İyad Ələviyə qarşı sui-qəsddə şübhənilən 4 nəfəri həbs edib. Almaniyanın prokurorları deyirlər ki, bu gün polis Berlində 4 livanlını xarici terror təşkilatlarını müdafiə etmək ittihamı ilə həbs edib. Bu əməliyyat 3 iraqlının həbs edilməsindən bir gün sonraya təsadüf edir. Prokurorlar qeyd edilir ki, tutulan iraqlılar Ansar Əl İslam adlı yaraqlı qrupun üzvləridir. Birləşmiş Ştatlar bu qrupun Əl-Qaidə terror şəbəkəsi ilə əlaqəsi olduğunu deyir.

XS
SM
MD
LG