Accessibility links

Prezident Buş Pakistan prezidenti Pərviz Müşərrəflə görüşüb - 2004-12-04


Prezident Buş pakistanlı həmkarı Pərviz Müşərrəflə Ağ Evdə görüşüb. Prezident Buş görüşdən sonra müxbirlərə deyib ki, cənab Müşərrəf terrorçu liderə qarşı mübarizədə əzmkardır. Cənab Buş həmçinin deyib ki, Pakistan dünya ictimaiyyətinin Fələstində demokratik quruluş yaratmaqda göstərdiyi səylərə qoşula bilər. Prezident Müşərrəf isə deyib ki, o, Kəşmir də daxil olmaqla qonşusu Hindistanla mövcud olan münaqişənin həll olunacağına ümid bəsləyir. Birləşmiş Ştatlar rəsmisi deyib ki, prezident Müşərrəf öz ölkəsinin demokratiyaya doğru inkişafında ciddi işlər görür.

XS
SM
MD
LG