Accessibility links

Qazaxıstanın daş kömür mədənində partlayış olub - 2004-12-05


Qazaxıstanın Karakanda şəhəri yaxınlığındakı daş kömür mədənində baş verən partlayış nəticəsində 23 adam həlak olub. Astana rəsmilərinin bildirdiyinə görə hadisə baş verdiyi vaxt mədəndə 86 adam işləyirdi. Şahidlər yanmış cəsədləri tanımaq mümkün olmadığını deyirlər. Mədəndə heç kimin qalmadığı, xilas olanların təxliyyə edildiyi xəbər verilir. Alma-Atıdan isə bildirilir ki, baş nazir Daniel Əhmədov hadisənin araşdırılmasına dair komissiyaya başçılıq edəcək.

XS
SM
MD
LG