Accessibility links

Rusiya prezidentinin Türkiyə səfərinə yekun vurulur - 2004-12-06


Bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyə liderləri ilə danışlar keçirib. Son 32 il ərzində ilk rus lideri kimi Türkiyəyə səfər edən Vladimir Putin ticarət və siyasi əməkdaşlığa təkan verməyə çalışıb. Müdafiə, enerji və ticarət sahələrində əməkdaşlıq kimi 6 razılıq imzalayacağı gözlənilən Rusiya lideri Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan, prezident Əhməd Necdet Sezerlə danışıqlar keçirib. Görüşlər zamanı əldə edilən əməkdaşlıq sazişləri 6 milyad təşkil edən ölkələrarası ticarət dövriyyəsinin qarşıdan gələn illər ərzində 10 milyarda yüksəltmək qarşıya məqsəd qoyulub. Rusiya Türkiyəni Bosfor boğazıdan keçidə məhdudiyyətlər qoymaqda, çeçen separatistlərinə Türkiyə vasitəsi ilə silah əldə etməyə imkan yaratmaqda günahlandırır. Türkiyə isə bu ittihamları rədd edir. Bütün bu fikir ayrılıqlarına baxmayaraq, şərhçilər son illər Rusiya ilə Türkiyə arasında yaxınlaşma müşahidə edildiyini deyirlər. Onlar bunu yalnız ticari əlaqələrlə izah etmirlər. Bu yaxınlıq Türkiyə və Rusiyanın Amerikanın başçılığı ilə İraqın işğalının əleyhinə olmaları, Amerikanın İrana mümkün hücumuna qarşı mövqelərində də büruzə verir.

XS
SM
MD
LG