Accessibility links

Suxumidə 4 partlayış olub - 2004-12-06


Gürcüstanın Abxaziya muxtar respublikasının paytaxtı Suxumidə bu gün 4 partlayış olub. Yaralanan və dəyən ziyan barədə məlumat əldə edilməyib. Rusiyanın İnterfaks xəbər agentliyinin məlumatında deyilir ki, bu gün səhər baş verən partlayışlar prezidentliyə namizdələrin yeni seçkilərdə iştirak edəcəklərini elan etmələrindən bir gün sonraya təsadüf edir. Rusiya mətbuatında deyilir ki, müxalifət lideri Sergey Baqapş vitse-prezidentliyə nazmizəd kimi keçmiş baş naziri Raul Xadjimba ilə birgə dekabr ayının 26-da keçiriləcək seçkilərdə iştirak edəcək.

XS
SM
MD
LG