Accessibility links

C.Buş Səudiyyə Ərəbistanındakı hücumları terror fəaliyyəti kimi qiymətləndirib - 2004-12-06


Prezident Buş Birləşmiş Ştatların Səudiyyə Ərəbistanındakı konsulluğuna qarşı hücumları terrorçuların hələ də fəaliyyətdə olduğu kimi qiymətləndirib. Prezident Buş deyib ki, terrorçuların yalnız bir məqsədi var. Onlar bizim Səudiyyə Ərəbistanından çıxmağımızı istəyirlər. Onlar bizim İraqdan çıxmağımızı istəyirlər. Onları bizi qorxutmaq, günahsız insanların qətlində bizi açız görmək istəyirlər-deyə prezident bildirib. Prezident Buş bu bəyanatı İraqın müvəqqəti prezidenti Qazi Əl-Yavər ilə görüşündə verib. Cənab Buş konsulluğa qarşı hücumlar nəticəsində həlak olanların ailə üzvlərinə baş sağılığı göndərib, terrorçuların hücumlarına dərhal cavab verdiyinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.

XS
SM
MD
LG