Accessibility links

H.Karzayın inaqurasiyasına hazırlıq görülür - 2004-12-06


Talebanlar çərşənbə axşamı Əfqanıstan prerzidenti Həmid Karzayın andiçmə mərasiminə mane olacaqlarını bildiriblər. Talebana sadiq yaraqlılar oktyabr seçkilərini də pozacaqlarını bıyan ediblər. 2001-ci ildə Taleban rejimi devrildikdən sonra, Həmid Karzay müvəqqəti hökumətin prezidenti olmuşdu. O, keçən oktyab prezident seçkilərində qələbə əldə etmişdi. Aprel ayında isə Milli Məclisə seçkilər keçiriləcək. Kabildə təhlükəszilik tədbirləri gücləndirilmişdir. Əfqanıstanın hərbi qüvvələri 18 əsgərdən ibarət Amerika qüvvələri ilə birgə ölkənin təhlükəsizliyini təmin edirlər.ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin nümayəndəsi mayor Mark MakKannın dediyinə görə, koalisiya qüvvələri Taleban, Əl-Qaidə və onların müttəfiqlərinə qarşı qış əməliyyatına başlayıb. Həmid Karzainin andiçmə mərasimində Amerikanın vitse-prezident Dik Çeyni və müdafiə naziri Donald Ramsfeld iştirak edəcəklər.

XS
SM
MD
LG