Accessibility links

Qəzza zolağında qanlı toqquşmalar baş verib - 2004-12-07


Mərkəzi Qəzza zolağına baş vermiş toqquşmalar zamanı bir İsrail əsgəri və 4 Fələstin militantı öldürülmüşdür. Döyüşlər bu gün militantların toyuq fermasına qoyulmuş minanı partladaraq İsrail əsgərini öldürməsindən sonra başlamışdır. Partlayışdan bir az sonra 4 Fələstin yaraqlısı məhv edilib. Bir az sonra İsarilin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində iki Fələstin yaraqlısı öldürülmüşdür. İslam Cihadı təşkilatı bir üzvünün öldürüldüyünü xəbər verir. Baş verən döyüşlər Fələstin lideri Yasir Ərəfatın ölməsindən sonra hökm sürən sükutu pozan ilk irimiqyaslı zorakılıq hallarıdır.

XS
SM
MD
LG