Accessibility links

Amerika kapralı hərbi xidmətdən boyun qaçırıb - 2004-12-10


Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinin kapralı, girov götürüldüyü guman edilən Vassef Əli Həssən hərbi xidmətdən boyun qaçırmaqda ittiham edilib. 24 yaşlı Livan əsilli amerikalı iyun ayı briqadasından yoxa çıxmasından əvvəl ərəb dili tərcüməçisi kimi xidmət göstərirdi. Əl-Cəzirə tele-kanalı ilə yayımlanan video lentdə Əli Həssən gözləri bağlı nümayiş etdirilmişdi. Bir neçə həftə sonra o, Amerikanın Beyrutdakı səfirliyində görünmüşdü. Rəsmi nümayəndələr onun həbs edildiyi və məhkəməyədək Şimali Koralina ştatındakı hərbi bazada normal xidmətini davam etdirəcəyini deyirlər. Günahkar bilinsə, kapral beş il həbs cəzası ilə üzləşə bilər.

XS
SM
MD
LG