Accessibility links

Transparency International:Dünyada korrupsiyanın dərin kök saldığı təsisatlar siyasi partiyalardır  - 2004-12-10


Beynəlxalq şəffalıq təşkilatının bu hesabatı BMT-nin ilk anti-korrupsiya gününə təsadüf edir.Berlində yerləşən beynəxalq şəffalıq təşkilatının 62 ölkədə keçirdiyi sorğuları bu ölkələrin 36-da siyasi partiyaların korrupsiyalaşmasına dair ictimai fikrin mövcud olduğunu gestərmişdir. Qlobal korrupsiyanın 2004-cü il barometrinə görə, insanlar korrupsiyanın siyasi, şəxsi və biznes həyatında dərin kök saldığını düşünürlər. BMT-nin anti-korrupsiyagünü elan etdiyi gün hökumətlərə korrupsiya ilə mübarizə konvensiyasını qəbul etdirmək məqsədi daşıyır. Keçən dekabr ayı imzalanan konvensiya qüvvəyə minməsi üçün 30 dövlət tərəfindən ratifikasiya edilmılidir. İl ərzində konvensiya yalnız 12 dövlət tərəfindən təsdiq edilib. Transparency İnternationalın bildirdiyinə görə, BMT-nin konvensiyası vəzifələrindən sui-istifadə edən siyasi və ictimai xadimlərin toxunulmazlıq hüququnun əllərindən alınmasına xidmət edəcək. Hesabatda qətl və korrupsiyada ittiham edilən Perunun Yaponiyada yaşayan keçmiş prezidenti Alberto Fucimori, habelə Argentinanın Çilidə sığınacaq tapan keçmiş prezidenti Karlos Menemin adları misal kimi çəkilir. Sorğuda iştirak edən respondentlərin 10 faizi son 12 ay ərzində ya özləri, ya da ailə üzvlərinin rüşvət verdiklərini etireaf etmişdir. Onların 45 faizi gələn üç il ərzində korrupsiya səviyyəsinin artacağını, 17 faizi isə azalacağını ehtimal edir.

XS
SM
MD
LG