Accessibility links

Döş xərçəngi ilə mübarizədə yeni dərman kəşf edilib  - 2004-12-13


Tibb sahəsində son elmi tədqiqatların nəticəsi olaraq, döş xərçəngi ilə mübarizədə yeni dərman kəşf edilib. Həkimlər xərçəng xəstəliyinin müalicəsində indi bu dərmanlara üstünlük verirlər. Dərmanın adı Arimideksdir. Araşdırmalar bu dərmanın döş xərçəngi ilə mübarizədə geniş istifadə edilən tamoksifendən qat-qat effektiv olduğunu göstərib. Kliniki tədqiqatlarlardan məlum olub ki, xərçəngin ilkin mərhələsinin müalicəsindən sonra 5 il ərzində bu dərmanı qəbul edən qadınlarda xəstəliyn qayıtma, digər döşdə şişlərin əmələ gəlmə və metostaza riski aşağı olur. Arimideks dərmanları estrogenlərin ifrazına mane olan anastrozole kimi tanınırdı. Estrogenlər klimaksdan sonrakı dövrdə qadın orqanizmində əmələ gələn şişlərin böyüməsinə yol açır. Astra Zaneka şirkətinin son araşdırmalarında 2 minə yaxın amerikalı, 7 minə yaxın xarici ölkələrdən qadınlar iştirak etmişlər. Son 30 il ərzində klimaks sonrası müalicədə tamoksifen preparatlarından geniş istifadə edilirdi. Lakin bu son araşdırmalar göstərdi ki, arimideks tamoksifendən 26 faiz artıq effektiv təsirə malikdir. Arimideks klimaks sonrası dövrdə qadınlarda şişlərin 80 faizinin əmələ gəlməsinin qarşısını alsa da, tamoksifen hələ də klimaksdan əvvəlki müddət üçün effektivliyini itirməyib.

XS
SM
MD
LG