Accessibility links

Taleban liderlərindən biri ələ keçirilib - 2004-12-14


Əfqanıstanın təhlükəsizlik qüvvələri tərəfindən Taleban rejiminin liderlərindən biri Molla Naqibulla Xan ələ keçirilib. Onun son bir neçə il ərzində həyata keçirilən terror hücumlarının məsuliyyətini daşıdığına inanılır. Əfqan rəsmiləri bildiriblər ki, Molla Naqibulla Xan yardımçısı ilə bərabər Qəndəhar vilayətində ələ keçirilib. Onların üzərində satilit telefonlar və gələcək terror hücumlarına dair planlar aşkar edilib. Qəndəhar nümayəndəsi Xalid Pəştunun bildirdiyinə görə, Molla Naqibulla vilayətə böyük hədə hesab edilirdi. İndi onun nəzarət altına alınmasından sonra vilayətin təhlükəszliyi təminat altına alınacaq. Molla Naqibulla Talebanın ruhani lideri Molla Məhəmməd Ömər rejimi vaxtı təhlükəszlik xidmətinə başçılıq edirdi. Deyildiyinə görə 2002-ci il Taleban rejiminin devrilməsindən sonra Molla Ömərlə onun arasında görüş olmamışdır. Məhz buna görə Molla Naqibullanın həbsinin Molla Ömərin ələ keçirilməsinə yardım etməyəcəyi ehtimal edilir. Naqibullanın həbsi Əfqanıstanın yeni hökumətinin ən mühüm uğuru sayılır.

XS
SM
MD
LG