Accessibility links

Viktor Yanukoviç öz hüquqlarını müdafiə edəcəyini bildirib - 2004-12-15


Ukraynanın baş naziri Viktor Yanukoviç deyir ki, onun tərəfdarları bütün ölkə boyu öz hüquqlarını müdafiə etmək üçün təşkilatlanırlar. Ruspərəst baş nazir bildirib ki, ölkənin cənubunda on minlərlə adam artıq könüllü olaraq söz verib ki, Dekabrın 26-da o, məğlub olduğu təqdirdə etiraz aksiyası keçirəcəklər. Qərb-yönümlü Viktor Yuşenko ilə üzləşən cənab Yanukoviç Birləşmiş Ştatları Ukraynanın daxili işlərinə qarışmaqda günahlandırıb. Bu arada cənab Yuşçenkonun tərəfdarları maşın karvanları ilə cənab Yanukoviçin tərəfdarlarının çox olduğu yerlərə gedərək orada öz namizədlərinə dəstək qazanmağa çalışırlar.

XS
SM
MD
LG