Accessibility links

Iraqda yüksək səviyyəli hökumət rəsmisi öldürülüb - 2004-12-16


Gələn ay İraqda keçiriləcək seçkiləri sıradan çıxarmaq məqsədilə üsyançılar bu dəfə yüksək səviyyəli hökumət nümayəndəsini öldürüblər. Polisin dbildirdiyinə görə naməlum silahlı şəxslər bu gün işə gedərkən Rabitə Nazirliyinin direktorunu qətlə yetiriblər. Bu arada dünən Kərbələa şəhərində bomba partlayışı nəticəsində öldürülənlərin sayı 10-a qalxıb. Başqa xəbərdə Səddam Hüseynin vəkili ilk dəfə olaraq öz müştərisi ilə görüşmək imkanı qazanıb. Səddam Hüseynin yaxın çevrəsinin üzvləri ilə bağlı dinləmələr bu yaxınlarda başlayacaq. Səddam Hüseynin özünün məhkəməsi isə lap sonda baş verərəcək.

XS
SM
MD
LG