Accessibility links

Osama bin Laden Səudiyyə kralının devrilməsinə çağırır - 2004-12-16


Əl-Qaida terror şəbəkəsinin rəhbəri Osama bin Laden açıqladığı yeni audio-kasetda Səudiyyə Ərəbistanı hökumətinin devrilməsinə çağırıb. Etdiyi uzun çıxışda bin Laden Səudiyyə monarxiyasını ölkədəki vəziyyətə görə günahlandırır. O, həmçinin hökumətin siyasi islahatlarını məsxərəyə qoyaraq deyir ki, əsl dəyişiklik yalnız silahlı mübarizə yolu ilə baş verə bilər. Vaşinqtonda Ağ Evin nümayəndələri bildiriblər ki, Amerika kəşfiyyat orqanları hazırda kasetin xalisliyini yoxlayırlar. Bin Laden həmçinin kasetdə bu ayın əvvəlində Ciddə şəhərində Amerika konsulluğuna edilən hücumu alqışlayıb.

XS
SM
MD
LG