Accessibility links

Türkiyənin AB-ə üzvlük danışıqları baş tutacaq - 2004-12-17


Avropa Birliyinin liderləri Türkiyənin birliyə üzvlüyü ilə bağlı 2005-ci ilin oktyabr ayında müzakirələr aparılmasına dair razılıq əldə ediblər.Müzakirələrdən əvvəl Avropa liderləri Türkiyədən bir daha Kirpi rəsmən tanımasını tələb edəcəklər. Türkiyənin birlyiə üzvlüyü ilə bağlı müzakirələr ətrafında qızğın mübahisələr gedir. 25 üzvlü qurumun əksər üzvü yoxsul, əhalisinin sayı çox olan müsəlman bir ölkənin Avropa Birlyinin mahiyyətini dəyişəcəyindən narahatdır. Lakin buna baxmayaraq, Avropa Birliyi danışıqlara başlamaq barədə razılıq əldə edilməsinə nail olub. Ancaq bu, Türkiyənin Birliyə üzv olacağına zəmanət deyil. Avropa Birliyinin hazırkı prezidenti, Hollandiyanın baş naziri Jan Peter Balkenende uzun sürən müzakirələrdən sonra müxbirlərə razılıq əldə edildiyini bəyan etmişdi. Holandiyanın baş nazirinin heç bir spesifik məlumat verməməsi ilə yanaşı, digər liderlər müxbirlərlə görüşləri zamanı danışqılardan əvvəl Türkiyənin Kipri rəsmən tanığına dair sənədə imza atmalı olacağını bildiriblər. Xatırladaq ki, Türkiyə hələ ki, Kirin yunan bölgəsini tanımaqdan imtina edir. Türkiyənin baş naziri Receb Teyyub Ərdoğan məsələnin bir daha nəzərdən keçiriləcəyini bildirib. İndi Türkiyənin Avropa Birliyinə nə kimi reaksiya verəcəyi böyük sual doğurur. Çünki Kirp yeganə problem deyil. Türkiyə Avropa ölkələrinə mühacirət axınına da nəzarət etməlidir.

XS
SM
MD
LG