Accessibility links

Üsyançıların məqsədi seçkiləri pozmaqdır - 2004-12-18


Bu gün Bağdadın şimalındakı səsvermə məntəqəsinə üsyançılar tərəfindən minomyotla edilən hücum nəticəsində bir nəfər mülki vətəndaşın qətlə yetirildiyi və bir neçə nəfərin yaralandığı bildirilir. Üsyançıların məqsədi yanvar ayında keçiriləcək seçkiləri pozmaqdır. Eyni zamanda Mosul şəhərində Birləşmiş Ştatlar hərbiçilərinin postuna atılan bomba yan keçərək məktəb avtobusuna dəymişdir. Bunun nəticəsində bir iraqlı öldürülmüş, altı nəfər isə yaralanmışdır. İraqın şərqində isə Türkiyəyə gedən neft kəməri partladılaraq sıradan çıxarılmışdır. Bu hadisə terrorist Osama bin Ladenin İraqda və İran Körfəzindəki neft qurğulqrına hücumları dəstəklədiyi barədəki yeni lent yazısının səsləndirilməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG