Accessibility links

Ukraynada üç hökumət rəsmisi işdən azad edilib - 2004-12-18


Ukraynanın istefaya getməkdə olan prezidenti Leonid Kuçma üç hökumət rəsmisini işdən çıxarmışdır. Bunların arasında prezidentliyə namizəd Viktor Yuşçenkonun bir tərəfdarı da var. Prezident Kuçma komandasında dəyişiklikləri cümə günü həyata keçirmişdir. Bu həftənin əvvəlində Londonda çıxan Financial Taymz qəzeti işdən çıxarılanların birinə istinadən xəbər verib ki, dövlət rəsmiləri Kuçmanı Kiyevdəki nümayişləri yatırmaq üçün zordan istifadə etməyə çağırmışdır. Həmin müşavir eyni zamanda bildirib ki, ölkənin bütün mülki qulluqçuları artıq Viktor Yuşçenkonu Ukraynanın yeni prezidenti hesab edir. Qarşıdan gələn seçkilərdə cənab Yuşçenko baş nazir Viktor Yanukoviçlə üzləşir.

XS
SM
MD
LG